SON DƏQİQƏ

AZAL Cenevrəyə uçuşlara başlayır

Tarix:

17-09-2018, 12:17

/ 10 310 dəfə oxundu.
AZAL Cenevrəyə uçuşlara başlayır

“Azərbaycan Hava Yolları” QSC (AZAL) İsveçrənin Cenevrə şəhərinə uçuşlara başlayır.

GunAz.az xəbər verir ki, bu haqda "Ölkə.Az"a daxil olan məlumata görə, aviareyslər hər həftənin çərşənbə axşamı və cümə günləri, “Airbus – 319” markalı sərnişin təyyarəsi ilə həyata keçiriləcək.

Bakıdan uçuş yerli vaxtla saat 17:30-da baş tutacaq və təyyarə İsveçrə vaxtı ilə 19:35-da Cenevrəyə çatacaq. Geriyə dönüş isə yerli vaxtla saat 20:35-də baş tutacaq və təyyarə növbəti gün, Azərbaycan vaxtı ilə saat 04:20-də Bakıya çatacaq. 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ