SON DƏQİQƏ
» » İrəvan AB-dən uzaqlaşır: İxracat kəskin azaldı

İrəvan AB-dən uzaqlaşır: İxracat kəskin azaldı

Tarix:

12-07-2019, 17:17

/ 1 894 dəfə oxundu.
İrəvan AB-dən uzaqlaşır: İxracat kəskin azaldı

Ermənistandan Avropa Birliyi ölkələrinə ixracat cari ilin ilk 6 ayında 227,7 milyon dollar təşkil edib.

GunAz.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan Milli Statistika Komitəsi yayıb. Bununla da Ermənistanın AB-yə ixracatı keçən ilin analoji dövrüylə müqayisədə 73 milyon dollar və ya 24,3% azalıb.

İxracatın azalmasının əsas səbəbi kimi Rumıniyaya Ermənistandan ixracatın tam dayanması, eləcə də Almaniyaya ixracatın 56,1%, Bolqarıstana 34,8%, Finlandiyaya 27,8%, Avstriyaya 22,4%, İspaniyaya 14,8%, Belçikaya 13,3% azalması göstərilib.

2019-cu ilin ilk altı ayı ərzində AB-dən Ermənistana idxalda da geriləmə müşahidə edilib. Geriləmə 11,1% və ya 393 milyon dollar təşkil edib.

N.SAFURA

скачать dle 12.1

Şərhlər