SON DƏQİQƏ
» » Husilər Səudiyyə koalisiyasının mövqelərini Bədr-F ballistik raketilə vurub - Onlarla ölü var

Husilər Səudiyyə koalisiyasının mövqelərini Bədr-F ballistik raketilə vurub - Onlarla ölü var

Tarix:

11-07-2019, 12:20

/ 1 925 dəfə oxundu.
Husilər Səudiyyə koalisiyasının mövqelərini Bədr-F ballistik raketilə vurub - Onlarla ölü var

Husilər və onlarla müttəfiq olan Yəmən Ordusu Səudiyyə Ərəbistanı - Yəmən sərhədində yerləşən əl-Buqa bölgəsini ballistik raketlərlə hədəfə alıblar.

GunAz.az əl-Məsira telekanalına istinadla xəbər verir ki, bu barədə Yəmən Silahlı Qüvvələrinin Baş Qərargahının (paytaxt Səna) mətbuat xidməti məlumat verib.

Bildirilib ki, sərhədyanı əl-Buqa bölgəsində Səudiyyə Ərəbistanı koalisiyasına tabe olan qüvvələrin mövqeləri yerli istehsallı Bədr-F ballistik raketilə hədəfə alınıb.

Bu zərbə nəticəsində qarşı tərəfdən 45 nəfərin öldüyü və onlarla digərinin yaralandığını bildirilib.

Qeyd edək ki, husilər və onlarla müttəfiq olan Yəmən Ordusu ötən həftə yeni kruiz raketi və pilotsuz təyyarələrini nümayiş etdirərək, hücumların davam edəcəyi təqdirdə Səudiyyə koalisiyasının mövqelərinin vurulacağını bildiriblər.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ