SON DƏQİQƏ
» » İran ABŞ-ın ciddi kiber hücumunun qarşısını aldığını bildirib

İran ABŞ-ın ciddi kiber hücumunun qarşısını aldığını bildirib

Tarix:

18-06-2019, 17:34

/ 1 956 dəfə oxundu.
İran ABŞ-ın ciddi kiber hücumunun qarşısını aldığını bildirib

“İran təhlükəsizlik qurumları bir müdət öncə CİA-nın kiber hücumu sahəsində bir şəbəkəsini aşkarlayıb. ABŞ bu şəbəkədən kiber kəşfiyyatı sahəsində yararlanırdı. Bu şəbəkəyə zərbə vuruldu.”

GunAz.az  Tasnim Agentliyinə istinadla xəbər verir ki, bunu İranın Milli təhlükəsizlik Ali Şurasının sədri Əli Şəmxani deyib.

İran rəsmisi bildirib ki, ölkənin təhlükəsizlik qurumları bir müddət öncə ABŞ-ın kiber hücumları və kiber kəşfiyyatı əməliyyatları həyata keçirən bir şəbəkəsini aşkarlayıb və onun qarşısını alıb.

Ə. Şəmxani əlavə edib ki, şəbəkə ilə bağlı digər qurumlar və ölkələrə də məlumat verilib və orada da kiber hücumu şəbəkəsinə aid şəxslər ələ keçirilib.

“Amerikalılar bu aşkarlanmanı özləri üçünü ciddi məğlubiyyət hesab etdilər. Bu kiber hücumu şəbəkəsinin aşkarlanması ilə bağlı sənədlər mövcuddur”, deyə İran rəsmisi beynəlxalq təşkilatları ABŞ-ın bu kimi addımlarına qarşı hərəkətə keçməyə çağırıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ