SON DƏQİQƏ

Tramp hücum taktikasına keçdi

Tarix:

16-08-2018, 14:08

/ 10 226 dəfə oxundu.
Tramp hücum taktikasına keçdi

ABŞ Prezidenti Donald Tramp ölkənin düşmənlərinə qarşı kiber -silahların tətbiq edilməsi barədə eks-prezident Barak Obamının gizli direktivini ləğv etməyə qərar verib.

GunAz.az  xəbər verir ki, bu iddia ilə “Vol Strit Jurnal” çıxış edib.

Mənbənin məlumatına görə, belə bir direktivin ləğv edilməsi kiber hücumlara məhdudiyyətlərin zəifləməsinə səbəb olacaq və bu addım “irəliyə doğru hücum addımı” kimi qiymətləndirilməlidir. Həmçinin sözügedən direktivin ləğvi hərbi əməliyyatlara dəstək xarakteri daşıyacaq və əqli mülkiyyətin oğurlanması, seçkilərə müdaxilə kimi halların qarşısını alacaq.

Xatırladaq ki, sözügedən sənəd barədə ilk dəfə 2013-cü ildə ABŞ Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı Edvard Snoudenin ABŞ və Böyük Britaniya kəşfiyyat xidmətlərinin fəaliyyəti haqqında materialları yaymasından sonra məlum olmuşdu.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ