SON DƏQİQƏ

Nikol xalqı inqilaba çağırdı

Tarix:

20-05-2019, 08:00

/ 282 dəfə oxundu.
Nikol xalqı inqilaba çağırdı

Ermənistanın baş naziri Nikol Paşinyan ölkədə inqilabın ikinci və əsas mərhələsinin anonsunu verib.

GunAz.az xəbər verir ki, bu barədə o öz Feysbuk səhifəsində yazıb:

"Sabah saat 12:00-da mən Ermənistanda inqilabın ikinci mərhələsini elan edəcəm. Ümumxalq dəstəyini səbirsizliklə gözləyirəm”.

Daha öncə Paşinyan həmvətənlərini ölkədəki bütün məhkəmələri blok etməyə çağırmışdı. Bu bəyanat sabiq prezident Robert Koçaryanın azadlığa buraxılmasından dərhal sonra səsləndirilmişdi.

Koçaryanın azadlığa buraxılması üçün Qarabağ separatçılarının sabiq və hazırki rəhbərləri Bako Saakyan və Arkadi Qukasyan girov qoyub və zamin durublar.

Qeyd edək ki, Koçaryan 2018-ci il iyulun 27-dən həbsdə idi.Qaynarinfo

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ