SON DƏQİQƏ
» » Zərif ABŞ-la müharibədən danışdı: Buna əminik

Zərif ABŞ-la müharibədən danışdı: Buna əminik

Tarix:

18-05-2019, 20:40

/ 171 dəfə oxundu.
Zərif ABŞ-la müharibədən danışdı: Buna əminik

İran ilə ABŞ arasında müharibə olmayacağından əminik.

GunAz.az xəbər verir ki, bunu İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif deyib. O, ABŞ Prezidenti Donald Trampın ətrafındakı bəzi isimlərin İrana qarşı müharibə arzuladığını söyləyib:

“Çünki nə biz savaş istəyirik, nə də bölgədə kimsə İranın qarşısına çıxma düşüncəsinə və ya illüziyasına sahibdir. Tramp son dövrlərdə müharibə istəmədiyini açıqladı, ancaq çevrəsindəki insanlar onu müharibəyə istiqamətləndirməyə çalışır”.

Qeyd edək ki, bundan əvvəl ABŞ mediası Tramp administrasiyasında fikir ayrılıqları olduğunu, İranla ABŞ arasında müharibə ola biləcəyini iddia edib. Tramp isə İrana qarşı müharibə planlaşdırmadığını açıqlayıb.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ