SON DƏQİQƏ
» » Qazaxıstan lideri ilk səfərini bu ölkəyə edəcək

Qazaxıstan lideri ilk səfərini bu ölkəyə edəcək

Tarix:

21-03-2019, 16:12

/ 10 239 dəfə oxundu.
Qazaxıstan lideri ilk səfərini bu ölkəyə edəcək

Qazaxıstanın yeni prezidenti Kasım-Jomart Tokayev Rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığında ən yaxın zamanda Rusiyaya rəsmi səfər etməyə söz verib.

İzvestiya” nəşrinin məlumatına görə bu haqda martın 21-də Kremlin rəsmi internet səhifəsində  informasiya yayılıb.

“Rusiya- Qazaxıstan arasında tərəfdaşlıq əlaqələrinin dərinləşdirilməsi istiqamətində sıx əməkdaşlıq və Kasım-Jomart Tokayevin ən yaxın zamanda Rusiya Federasiyasına səfərinin təşkili ilə bağlı razılıq əldə olunub.”, -deyə məlumatda qeyd olunur.

Xatırladaq ki, martın 19-da, 1990-cı ildən bəri Qazaxıstanın başında olmuş Nursultan Nazarbayev istefa verdiyini elan edib. O prezidentlik müddəti bitənə qədər, səlahiyyətlərinin icrasını parlamentin yuxarı palatasının sədri Kasım-Jomart Tokayevə həvalə etdiyini vurğulayıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ