SON DƏQİQƏ
» » Lavrov Türkiyə üçün önəmli şərtləri açıqladı

Lavrov Türkiyə üçün önəmli şərtləri açıqladı

Tarix:

26-01-2019, 10:34

/ 10 209 dəfə oxundu.
Lavrov Türkiyə üçün önəmli şərtləri açıqladı

Rusiya xarici işlər naziri Sergey Lavrov Türkiyənin Suriyanın şimalında bufer zonasını yaratması üçün şərtləri açıqlayıb.

Gun.Az.az xəbər verir ki, Mərakeşdə brifinqdə çıxış edən Lavrov bu məsələdə Ankaranın ilk növbədə Dəməşqlə anlaşma əldə etməsinin vacibliyini vurğulayıb.

O qeyd edib ki, Moskva və Ankara Suriya ərazi bütövlüyünün bərpasında maraqlıdır.

“Bu məsələdə Rusiya Dəməşqlə Ankara arasında imzalanan Adan sazişinin qüvvədə qalmasına istinad edir”, - deyə o vurğulayıb.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin kürdlərin nəzarətində olan Kobani, Tal, Abyad və Qamışlı şəhərlərini əhatə edəcək təhlükəsizlik zonasını yaratmaq niyyətində olduğunu açıqlayıb. O, Türkiyənin bu məsələdə tərəfdaş ölkələrdən “loqistik dəstək” gözlədiyini bildirib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ