SON DƏQİQƏ

Putin Ərdoğanı təriflədi - VİDEO

Tarix:

23-01-2019, 23:09

/ 10 223 dəfə oxundu.
Putin Ərdoğanı təriflədi - VİDEO

Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Moskva-Ankara münasibətlərinin yaxşılaşması Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sayəsində mümkün olub.

Oxu.Az xəbər verir ki, Kremldə keçirilən görüşdən öncə Putin mütamadi təmasların müsbət nəticələrə gətirib çıxardığını bildirib.

O qeyd edib ki, son 10 ayda iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 2017-ci illə müqayisədə artıb, Türkiyəyə səfər edən rusiyalı turistlərin sayı isə 30 faiz artaraq 6 milyon nəfər təşkil edib.  

“Cənab prezident, əziz dost, bu, daha çox sizin şəxsi xidmətiniz, nailiyyətinizdir. Çünki siz buna çox vaxt ayırırsınız”, - deyə Putin vurğulayıb.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ