SON DƏQİQƏ
» » Bu ölkənin şirkətləri sanksiyalara rəğmən İranda qalır

Bu ölkənin şirkətləri sanksiyalara rəğmən İranda qalır

Tarix:

18-10-2018, 11:24

/ 10 262 dəfə oxundu.
Bu ölkənin şirkətləri sanksiyalara rəğmən İranda qalır

İtaliyanın investisiya şirkətləri ABŞ-ın birtərəfli sanksiyalarına baxmayaraq, İranda qalırlar.

GunAz.az xəbər verir ki, bu barədə İtaliyanın İrandakı səfirliyinin Ticarət İnkişafı şöbəsinin müdiri Augusto Di Giacinto deyib.

Onun sözlərinə görə, bir çox İtaliya şirkəti İrana investisiya qoymaq üçün müraciət edib. İtaliya səfirliyi də İranda yatırım etmək istəyən investorlara şərait yaratmağa çalışır:

"İtaliya investorları maliyyə və bank mübadilələrindən nigarandırlar. Bu problemlərin tezliklə həll olunacağına ümid bəsləyirik".

Hazırda İran və İtaliya arasında ticarət dövriyyəsinin həcmi təxminən 5 milyard dollardır. İki ölkə arasında imzalanan protokollarda ticarət dövriyyəsinin 13 milyard dollara çatması planlaşdırılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ