SON DƏQİQƏ
» » Türkiyədə ABŞ səfirliyinin atəşə tutulması ilə bağlı bir nəfər saxlanıldı

Türkiyədə ABŞ səfirliyinin atəşə tutulması ilə bağlı bir nəfər saxlanıldı

Tarix:

20-08-2018, 19:32

/ 10 252 dəfə oxundu.
Türkiyədə ABŞ səfirliyinin atəşə tutulması ilə bağlı bir nəfər saxlanıldı

Amerika Birləşmiş Ştatlarının Ankaradakı səfirliyinə atəş açılması ilə bağlı bir nəfər saxlanılıb.

GunAz.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, saxlanılan şəxs barədə məlumat verilməyib.  

Qeyd edək ki, naməlum şəxslər yerli vaxtla saat 05:00 radələrində ABŞ-ın Türkiyənin paytaxtı Ankarada yerləşən səfirliyini atəşə tutublar.

Məlumata görə, atəş yolun kənarında dayanan ağ avtomobildən açılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Bildirilir ki, atəş açan şəxslər hadisə yerindən qaça bilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ