SON DƏQİQƏ

Misir İsraildən təbii qaz alacaq

Tarix:

8-08-2018, 22:43

/ 10 289 dəfə oxundu.
Misir İsraildən təbii qaz alacaq

Misir 2019-cu ildən İsraildən təbii qaz almağa başlayacaq.

GunAz.az AZƏRTAC-a istinadən bildirir ki, Misirin "Dolphinus" enerji şirkəti gələn il əvvəlindən etibarən İsrail təbii qazını almağa başlayacaq.

Qeyd edək ki, "Dolphinus" 10 il ərzində İsraildən 15 milyard dollarlıq təbii qaz almaq üçün müqaviləni fevral ayında imzalayıb. Müqaviləyə görə, qarşıdakı 10 ildə 64 milyard kubmetr İsrail qazının Misirə göndərilməsi gözlənilir. "Dolphinus"un aldığı təbii qazın həcmi əvvəllər az olacaq və daha sonra bu göstərici tədricən artacaq. Şirkət İsraildən aldığı təbii qazı yenidən ixrac edəcək.

Dünyanın ən böyük qaz yatağı kimi qəbul edilən "Zohr"dan sonra "Nur" yatağını da kəşf edən Misir öz qazını çıxarana qədər İsrail qazı ilə regionda qaz mərkəzi olmağı hədəfləyir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ