SON DƏQİQƏ
» » “İyirmi il ərzində...” - Bin Ladenin anası və qardaşı bütün SİRLƏRİ AÇDI

“İyirmi il ərzində...” - Bin Ladenin anası və qardaşı bütün SİRLƏRİ AÇDI

Tarix:

3-08-2018, 22:34

/ 10 246 dəfə oxundu.
“İyirmi il ərzində...” - Bin Ladenin anası və qardaşı bütün SİRLƏRİ AÇDI

“Əl-Qaidə” terror təşkilatının keçmiş lideri Üsamə Bin Ladendə radikal ideyalar Səudiyyə Ərəbistanının Ciddə şəhərində yerləşən Kral Əbdüləziz Universitetində oxuyarkən yaranıb.

Publika.az “The Guardian” nəşrinə istinadən xəbər verir ki, bu haqda onun anası Aliyə Qanem danışıb.

Aliyə Qanemin sözlərinə görə, onun oğlu çox bacarıqlı uşaq idi.

“Ancaq 20 yaşlarında Kral Əbdüləz Universitetinin iqtisadi fakultəsində təhsil alarkən radikallaşdı. Universitetdə insanlar onu dəyişdirdilər və o başqa insan oldu”, - o bildirib.

Keçmiş terrorçunun anası bildirib ki, “Müsəlman Qardaşları” təşkilatının üzvü Abdulla Azzam Bin Ladenə güclü təsir göstərib. Aliyə Qanemin sözlərinə görə, Azzam onun mənəvi müəllimi olub.

"İyirmi il ərzində onun beynini dolduran insanlarla görüşənə qədər o, çox yaxşı uşaq idi. Həmişə ona belə şəxslərdən uzaq durmasını məsləhət görərdim Heç vaxt mənə nə işlə məşğul olduğunu deməzdi. Çünki məni çox sevirdi" – Aliyə Qanem əlavə edib.

Bin Ladenin qardaşı Hassanın sözlərinə görə, cavanlıqda Üsamə ilə tanış olan hamı ona hörmət edirdi.

“Mən böyük qardaşı kimi onunla çox fəxr edirəm. O mənə çox şey öyrətdi. Amma mən düşünmürəm ki, insan kimi onunla fəxr edə bilərəm. O heç də yaxşı olmayan şeyləri edərək bütün dünyada məşhur oldu,”, - nəşr Hassanın sözlərini sitat gətirib.

Qeyd edək ki, Üsamə Bin Laden bir çox ölkədə qadağan edilmiş “Əl-Qaidə” beynəlxalq terror təşkilatının banisidir. O, 11 sentyabr 2001-ci ildə Nyu-Yorkda terror aktlarının təşkilatçısı hesab edilir. Bin Laden 2 may 2011-ci il gecəsi Amerika hərbçiləri tərəfindən Pakistanın Abbottabad şəhərində məhv edilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ