SON DƏQİQƏ

Rus dilinin tədrisi qadağan edildi

Tarix:

21-06-2018, 23:56

/ 10 324 dəfə oxundu.
Rus dilinin tədrisi qadağan edildi

Latviya Seymi ali məktəblər haqqında qanuna düzəlişləri son oxunuşda qəbul edib.

Gunaz.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, düzəlişlər özəl ali təhsil müəssisələri və kolleclərdə rus dilində tədrisin qadağan edilməsini nəzərdə tutur.

Qanun layihəsi Təhsil və Elm Nazirliyi tərəfindən hazırlanıb.

Ötən il özəl ali məktəblərin tələbələrinin təxminən üçdə biri rus dilində təhsil alırdılar. Latviyada latış dili tək dövlət dilidir. Ölkə əhalisinin təxminən 40 faizinin danışdığı rus dili xarici dil statusuna malikdir.

Ali məktəblərdə əvvəlki kimi Avropa İttifaqının dillərindən biri ilə tədris mümkün olacaq.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ