SON DƏQİQƏ
» » Təhsil Nazirliyi "Böyük Ermənistan" xəritəsi məsələsinə açıqlıq gətirdi: "...səhv düzəldildi"

Təhsil Nazirliyi "Böyük Ermənistan" xəritəsi məsələsinə açıqlıq gətirdi: "...səhv düzəldildi"

Tarix:

7-10-2017, 23:38

/ 2 815 dəfə oxundu.
Təhsil Nazirliyi "Böyük Ermənistan" xəritəsi məsələsinə açıqlıq gətirdi: "...səhv düzəldildi"

Gunaz.az xəbər verir ki, Təhsil Nazirliyi xüsusi açıqlama yayıb. Açıqlama X sinif dərsliklərində aşkarlanan və ictimai rezonans doğuran xəritə ilə bağlıdır. Həmin xəritədə xəyali "Böyük Ermənistan"ın xəritəsi dərc olunmuşdu. Düşməncə təxribata bənzəyən rəsmi açıqlamanın mətni belədir:

" Təhsil Nazirliyi mətbuatda tədris rus dilində aparılan ümumi təhsil müəssisələri üçün X sinif “Всеобщая история” dərsliyi ilə bağlı yayılmış məlumatlara aydınlıq gətirərək bildirir ki, həmin dərsliyin Azərbaycan dilində olan orijinalında və gürcü dilində tərcüməsində səhvə yol verilməsə də, rus dilində olan variantında texniki səhv aşkar edilib. Aşkarlanmış səhv dərsliyi nəşr və çap edən “Şərq-Qərb” nəşriyyatı tərəfindən aradan qaldırılıb və dərslik yenidən çap olunaraq məktəb kitabxanalarına təhvil verilib.
Tədris rus dilində aparılan ümumi təhsil müəssisələri üçün yeni çap olunmuş X sinif “Всеобщая история” dərsliyinin yenilənmiş tirajı şagirdlərə paylanılıb.
X sinif “Всеобщая история” dərsliyinin orijinal Azərbaycan və gürcü dilində tərcümə variantlarından fərqli olaraq, qədim Roma imperiyasının xəritə toponimləri rus dilində olan variantda düzgün verilməyib.
Qeyd olunan dərslikdəki texniki səhvlə bağlı ilkin olaraq Bəhlul Hüseynov adlı vətəndaş Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə müraciət edib.
Təhsil Nazirliyinin rəhbərliyi Bəhlul Hüseynovu qəbul edib və ona əsl vətəndaşlıq mövqeyi nümayiş etdirdiyi üçün təşəkkürünü bildirib.
Məsələ ilə bağlı araşdırma aparılır."

скачать dle 12.1

Şərhlər