SON DƏQİQƏ

Paşinyan Moskvaya getdi

Tarix:

13-06-2018, 17:34

/ 10 298 dəfə oxundu.
Paşinyan Moskvaya getdi

Ermənistanın Baş naziri Nikol Paşinyan həyat yoldaşı Anna Akopyanla birlikdə Moskvaya gəlib.

Gunaz.az xəbər verir ki, Paşinyanı hava limanında Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan və Rusiya XİN dövlət protokol xidmətinin rəhbəri İqor Boqdaşev qarşılayıb.

Hava limanında Paşinyan həmçinin Dünya Çempionatının rəsmi simvolu “Zabivaka” ilə də görüşüb.

Xatırladaq ki, Moskvada Paşinyanın Vladimir Putinlə görüşü də nəzərdə tutulub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ