SON DƏQİQƏ
» » Türkiyə İraqda 30-dan çox PKK-çını məhv etdi

Türkiyə İraqda 30-dan çox PKK-çını məhv etdi

Tarix:

12-06-2018, 13:30

/ 10 340 dəfə oxundu.
Türkiyə İraqda 30-dan çox PKK-çını məhv etdi

İraqın şimalında keçirilən antiterror əməliyyatı çərçivəsində 34 PKK döyüşçüsü məhv edilib.

Gunaz.az xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin (SQ) Baş Qərargahı məlumat verir.

Baş Qərargah bildirir ki, İraqın şimalında PKK terrorçularına qarşı hərbi əməliyyatlar davam etdiriləcək.

Qeyd edək ki, ötən gün prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə SQ-nin İraqın şimalında yeni hərbi əməliyyatlara başladığını elan edib.

Dövlət başçısı deyib ki, Türkiyə Hərbi Hava Qüvvələri 20 qırıcıdan istifadə etməklə PKK terrorçularının 14 bazasını məhv edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ