SON DƏQİQƏ
» » Yəməndə hava zərbələri nəticəsində 20 nəfər ölüb

Yəməndə hava zərbələri nəticəsində 20 nəfər ölüb

Tarix:

21-04-2018, 08:48

/ 10 248 dəfə oxundu.
Yəməndə hava zərbələri nəticəsində 20 nəfər ölüb

Səudiyyə Ərəbistanının başçılığı ilə koalisiya qüvvələrinin endirdiyi hava zərbəsi nəticəsində Yəmənin cənub-qərb bölgəsində azı 20 nəfər ölüb.

Gunaz.az-ın xəbərinə görə, bu barədə “Reuters” məlumat verib.

Məlumata əsasən, mərmilərdən biri içərisində sərnişinlər olan avtomobilin üzərinə düşüb. Nəticədə avtomobil yanaraq külə dönüb. 

Yəməndə üsyançı husilər və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın dəstəklədiyi hazırkı prezident Abd Rabbu Mənsur Hadiyə tabe olan qoşunlar arasında münaqişə 2014-cü ildən davam edir. Səudiyyə Ərəbistanın rəhbərliyi altında ərəb koalisiyası 2015-ci il, martın 26-dan Yəməndə üsyançı husilərin nəzarəti altında olan ərazilərə hava zərbələri endirir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ