SON DƏQİQƏ

Neftin qiymətləri çox şişirdilib- TRAMP

Tarix:

20-04-2018, 17:32

/ 10 222 dəfə oxundu.
Neftin qiymətləri çox şişirdilib- TRAMP

Neftin qiyməti süni şəkildə çox yüksəkdir.
Gunaz.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp özünün “twitter” səhifəsində yazıb.
“OPEC yenə eyni işi görür. Neftin miqdarının dənizdəki dolu tankerlər daxil olmaqla hər yerdə rekord səviyyəyə satdığı bir zamanda “qara qızıl”ın qiyməti süni şəkildə çox yüksəkdir. Bu, yaxşı hal deyil və qəbuledilməzdir”, – deyə D.Tramp bildirib.
ABŞ Prezidentinin bu sözlərinin Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə daxil olmayan ölkələrin – OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin iclası ilə eyni vaxta təsadüf etməsi analitiklər tərəfindən birmənalı qarşılanmayıb.
D.Trampın bu çıxışından sonra ötən gün son 3 ilin maksimumuna çatan neftin qiyməti yenidən ucuzlaşmağa başlayıb.
Hazırda “Brent” neftinin bir barreli Londonun ICE birjasında 73,30 dollara, “Light”ın bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 67,94 dollara alıcı axtarır.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ