SON DƏQİQƏ

İrandan İsrailə qarşı sərt sözlər

Tarix:

21-02-2018, 15:30

/ 853 dəfə oxundu.
İrandan İsrailə qarşı sərt sözlər

İran İnqilab Keşikçiləri Korpusunun sabiq baş komandanı Möhsün Rzayi Tehranda keçirilən bir toplantıda çıxış edərək, İsrailə və onun baş naziri Benyamin Netanyahuya qarşı təhdid dolu sərt bəyanat səsləndirib.

Gunaz.az məlumat verir ki, O, İranın Tel Əvivi məhv edəcəyini deyib:

"Üzümüzü onlara tutub deyirik ki, siz bizə qarşı addım atmaq itəsəniz, Tel-Əvivi yerlə yeksan edəcək, sizə hətta qaçmağa fürsət də verməyəcəyik”.

Qeyd edək ki, İsrailin Baş naziri Benyamin Netanyahu fevralın 18-də Münhen Təhlükəsizlik Konfransındakı çıxışında İranın Suriyada hərbi varlığına toxunub. O,  ölkəsi tərəfindən vurulan İranın pilotsuz qurğusunun bir hissəsini nümayiş etdirib və Netanyahu deyib ki, İsrail İranın Suriyada hərbi varlığına dözməyəcək:

"Lazım gəlsə, İsrail hətta İrana qarşı hərəkətə keçəcək”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ