SON DƏQİQƏ
» » “Amazon” dünyanın ən bahalı brendinə çevrildi

“Amazon” dünyanın ən bahalı brendinə çevrildi

Tarix:

1-02-2018, 16:55

/ 1 000 dəfə oxundu.
“Amazon” dünyanın ən bahalı brendinə çevrildi

Onlayn alış-veriş nəhəngi olan “Amazon” dünyanın ən bahalı brendinə çevrilib.

Gunaz.az TASS-a istinadən xəbər verir ki, “Amazon” “Brand Finance”ın 500 ən bahalı dünya brendinin reytinq cədvəlinə başçılıq edir.

“Amazon” “Brand Finance” reytinqindən “Apple” və “Google”u belə üstələyərək ən bahalı brendə çevrilib. Bu elektron ticarət brendinin dəyəri bir il ərzində 42% bahalaşaraq misli görülməmiş səviyyəyə - 150,8 milyard dollara çatıb. “Apple” siyahıda ikinci yerdə gəlir, bu brendin dəyəri ötən il 27%-lik geriləmədən sonra 146,3 milyard dollara qalxıb. Şirkətin gələcəyi ilə bağlı proqnozlar heç də ürəkaçan deyil. “Google” isə əvvəlki illərlə müqayisədə birinciliyi əldən verib və cari reytinq cədvəlində ilk üçlüyü tamamlayır. Artım tempinin zəifləməsi hesabına brendin dəyəri yalnız 10% artaraq 120.9 milyard dollara çatıb”, - deyə jurnalın araşdırmasında bildirilir.

Reytinq cədvəlinin ilk onluğuna “Samsung”, “Facebook”, AT&T, “Microsoft”, ABŞ telekomunikasiya şirkəti “Verizon”, ABŞ pərakəndə satış şəbəkəsi “Walmart” və Çin bankı ICBC yer alır.

İlk onluğun bütün iştirakçıları əvvəlki illərin analoji siyahılarında müxtəlif yerlərdə qərarlaşmışdı.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ