SON DƏQİQƏ
» » Binəli Yıldırım “Zeytun budağı” əməliyyatının məqsədini açıqladı

Binəli Yıldırım “Zeytun budağı” əməliyyatının məqsədini açıqladı

Tarix:

21-01-2018, 15:45

/ 1 080 dəfə oxundu.
Binəli Yıldırım “Zeytun budağı” əməliyyatının məqsədini açıqladı

Türkiyən hökuməti Afrin bölgəsində keçirdiyi “Zeytun budağı” əməliyyatının məqsədini açıqlayıb.

Gunaz.az xəbər verir ki, bu barədə danışan Türkiyə baş naziri Binəli Yıldırım bildirib ki, əməliyyatın məqsədi Türkiyə-Suriya sərhəddində təhlükəsizliyi tam ətmin etməkdir.

“Əməliyyat 4 mərhələdən ibarət olacaq. Türkiyə Suriya sərhədi boyu 30 km genişlikdə təhlükəsizlik zolağı  formalaşdıracaq. Bununla da, ölkəmiz və bölgə terrorçulardan tam müdafiə olunacaq”, - deyə Binəli Yıldırım bildirib.

Qeyd edək ki, ötən gündən başlayaraq Türkiyə Afrin bölgəsində "Zeytun budağı" əməliyyatını həyata keçirir. Hərbi əməliyyatda məqsədin bölgənin PKK terror təşkilatının Suriya qolu PYD/YPG, İŞİD və digər terror təşkilatlarından təmizləmək olduğu bildirilib.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ