SON DƏQİQƏ
» » Papa Vatikanda siqaretin satışına qadağa qoydu

Papa Vatikanda siqaretin satışına qadağa qoydu

Tarix:

10-11-2017, 16:43

/ 1 010 dəfə oxundu.
Papa Vatikanda siqaretin satışına qadağa qoydu

Vatikanda gömrüksüz malların satıldığı mağaza və supermarketlərdə siqaretin satılmasının qadağan ediləcəyi bildirilib.
Gunaz.az-ın Türkiyə mediasından əldə etdiyi məlumata görə, Vatikandan verilən açıqlamada Papa Fransiskin təlimatı ilə işçilərin gömrüksüz malların satıldığı mağaza və supermarketlərdən siqaretin alınmasının qadağan ediləcəyini bildirib.
Qərarın “Papa hakimiyyətinin insan sağlamlığına açıq şəkildə zərər verən fəaliyyətə dəstək verməyəcəyi” səbəbi ilə qəbul edildiyi ifadə edilib.
Bundan başqa açıqlamada, Ümumdünya Səhiyyə Təşkilatı (WHO) siqaretin dünyada hər il 7 milyondan çox insanın ölməsinə səbəb olduğunu göstərən məlumatları da paylaşılıb.
2015-ci ildə çıxan və sızıdırlan Vatikan sənədlərindəki məlumata görə, gömrüksüz satılan mallar mağazasındakı siqaret satışı Vatikana ildə 10 milyon avro qazan verirmiş.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ