SON DƏQİQƏ

Kataloniya parlamenti fəaliyyətini dayandırdı

Tarix:

30-10-2017, 15:49

/ 1 252 dəfə oxundu.
Kataloniya parlamenti fəaliyyətini dayandırdı

Kataloniya Muxtar Əyaləti parlamenti İspaniya hökuməti tərəfindən buraxıldığını qəbul edir və yeni növbədənkənar seçkilərədək fəaliyyətini dayandırır.

Gunaz.az xəbər verir ki, məlumatı Kataloniya parlamentinin mətbuat xidməti yayıb.
Parlament buraxıldığından qanunverici orqanın Rəyasət Heyəti oktyabrın 31-ə təyin etdiyi iclası da təxirə salıb.

Qeyd edək ki, Kataloniya parlamenti oktyabrın 27-də müstəqillik haqqında qətnamə qəbul edib. Qanunverici orqanın 135 üzvündən 70-i bu qətnamə layihəsinin lehinə səs verib. Bununla belə qətnamə Kataloniya parlamentinin, əyalət hökumətinin rəsmi bülletenində dərc edilməyib.
Oktyabrın 27-də İspaniya hökuməti əyalət parlamentinin buraxıldığını elan edib. Kataloniya muxtariyyətinə rəhbərlik İspaniya baş nazirinin müavini Soraya Saens de-Santamariyaya tapşırılıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ