SON DƏQİQƏ
» » Daha 352 nəfər koronaya yoluxdu , 2 nəfər öldü

Daha 352 nəfər koronaya yoluxdu , 2 nəfər öldü

Tarix:

2-03-2021, 14:39

/ 5 771 dəfə oxundu.
Daha 352 nəfər koronaya yoluxdu , 2 nəfər öldü

Azərbaycanda koronavirus infeksiyasına 352 yeni yoluxma faktı qeydə alınıb, 143 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, son sutkada 2 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 235 014 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 228 982 nəfər müalicə olunaraq sağalıb, 3 225 nəfər vəfat edib. Hazırda 2 807 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 996, bu günə qədər isə ümumilikdə 2 610 880 test icra olunub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ