SON DƏQİQƏ
» » Daha 144 nəfər koronaya yoluxdu , 2 nəfər öldü

Daha 144 nəfər koronaya yoluxdu , 2 nəfər öldü

Tarix:

20-02-2021, 19:43

/ 6 033 dəfə oxundu.
Daha 144 nəfər koronaya yoluxdu , 2 nəfər öldü

Azərbaycanda bu gün koronavirus infeksiyasına 144 yeni yoluxma faktı qeydə alınıb, 147 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 2 nəfər COVİD-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 232 973 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 227 619 nəfər müalicə olunaraq sağalıb, 3 195 nəfər vəfat edib. Hazırda 2 159 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 215, bu günə qədər isə ümumilikdə 2 535 825 test icra olunub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ