SON DƏQİQƏ

Ramiz Mehdiyev onları da işdən çıxardı

Tarix:

22-01-2021, 22:48

/ 1 295 dəfə oxundu.
Ramiz Mehdiyev onları da işdən çıxardı

AMEA-nın Radiasiya Problemləri İnstitutunun direktoru Oqtay Səmədov vəzifəsindən azad olunub.

GunAz.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında qərar qəbul edilib.

O.Səmədovla yanaşı, institutun ümumi işlər üzrə direktor müavini Hökmən Mahmudov da vəzifədən azad olunub. Sözügedən şəxslər işlərində yol verdikləri ciddi nöqsanlara görə vəzifədən çıxarılıb.

Oqtay Səmədovun Radiasiya Problemləri İnstitutunda rəhbərlik etdiyi laboratoriyada elmi fəaliyyətini davam etdirməsi qərara alınıb. Həmçinin müəssisənin bir sıra əməkdaşları barəsində əmək intizamı tədbirləri görülüb.


скачать dle 12.1

Şərhlər