SON DƏQİQƏ

Güclü külək Cəlilabadda fəsadlar törədib

Tarix:

16-01-2021, 23:09

/ 1 445 dəfə oxundu.
Güclü külək Cəlilabadda fəsadlar törədib

Bu gün əsən güclü külək Cəlilabad rayonunda bir sıra fəsadlara səbəb olub.

"Report”un Muğan bürosunun məlumatına görə, Cəlilabad şəhərində Rauf İsayevə məxsus talvarın örtüyü uçub. Eyni zamanda onun həyətinin divarlarının da bir hissəsi uçub.

 

Rayonun Ocaqlı kəndində bir neçə sakinə məxsus istixanaya ziyan dəyib. Külək istixanaların örtüklərini sıradan çıxarıb.

Təbii hadisə nəticəsində rayonun bir neçə yaşayış məntəqəsində elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Xoşbəxtlikdən güclü külək nəticəsində hər hansı bədbəxt hadisə baş verməyib.


скачать dle 12.1

Şərhlər