SON DƏQİQƏ
» » Ermənilərin təhqirlərinə cavab verən AZƏRBAYCANLI SAĞDIRMI? — VİDEO

Ermənilərin təhqirlərinə cavab verən AZƏRBAYCANLI SAĞDIRMI? — VİDEO

Tarix:

21-11-2020, 08:54

/ 6 453 dəfə oxundu.
Ermənilərin təhqirlərinə cavab verən AZƏRBAYCANLI SAĞDIRMI? — VİDEO

Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı ofisi hərbi əsirlər Amin Musayev və Bayram Kərimov barədə hər hansı bir informasiya təqdim etməkdən imtina edib.


Nümayəndəliyin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova oxu.az-a açıqlamasında hərbi əsirlərin yerləri barədə heç nə deyə bilməyəcəyini bildirib.


Onun sözlərinə görə, sözügedən şəxslərlə bağlı bütün informasiya yalnız onların ailə üzvlərinə veriləcək.


Xatırladaq ki, Noyabrın 12-də "ANNA News” "YouTube” kanalında azərbaycanlı əsirə (Amin) rus jurnalisti tərəfindən tibbi yardımın göstərilməsi ilə bağlı video paylaşılıb. Həmin video erməni tərəfinin humanizm nümunəsi kimi qələmə verilsə də, sonradan ermənilərin hərbçimizə işgəncə verməsinə dair video da ortaya çıxıb.


Azərbaycan Respublikası Ali Məhkəməsi Sədrinin müavini Çingiz Əsgərov əsir düşən hərbçilərimizlə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət ünvanlayıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ