SON DƏQİQƏ
» » "Qırmızı Xaç" da əsgərimizin meyidini ermənilərdən ala bilmir

"Qırmızı Xaç" da əsgərimizin meyidini ermənilərdən ala bilmir

Tarix:

16-01-2017, 17:40

/ 7 300 dəfə oxundu.
"Qırmızı Xaç" da əsgərimizin meyidini ermənilərdən ala bilmir

"Ermənistan-Azərbaycan sərhədində baş vermiş döyüşdə həlak olan əsgər Çingiz Qurbanovun meyidinin qaytarılması ilə bağlı danışıqlar davam etdirilir".
Bunu Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Bakı nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib.
İ.Hüseynova qeyd edib ki, hələ ki, danışıqlar nəticəsizdir:
"İstənilən halda Beynəlxalq Qırmızı Xaç Komitəsi öz neytral vasitəçi rolunu həyata keçirməyə hazırdır".
Müdafiə Nazirliyinin yaydığı məlumata görə, 2016-cı il dekabrın 29-da Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu ilə Azərbaycan-Ermənistan dövlət sərhədində baş verən döyüşdə həlak olan əsgərimiz Qurbanov Çingiz Salman oğlunun meyidinin geri qaytarılması ilə bağlı nazirlik tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə, ATƏT-in Minsk Qrupuna, o cümlədən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikə rəsmi qaydada müraciət edilib.(modern.az)
Gunaz.az 
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ