SON DƏQİQƏ
» » BİZ BÖYÜK TURAN YOLUNDAYIQ – TANINMIŞ PROFESSORDAN PREZİDENTƏ MÜRACİƏT

BİZ BÖYÜK TURAN YOLUNDAYIQ – TANINMIŞ PROFESSORDAN PREZİDENTƏ MÜRACİƏT

Tarix:

9-11-2020, 15:33

/ 4 097 dəfə oxundu.
BİZ BÖYÜK TURAN YOLUNDAYIQ – TANINMIŞ PROFESSORDAN PREZİDENTƏ MÜRACİƏT

Tanınmış  professor, Turan  Araşdırma  Mərkəzi  İB-nin  sədri, ümummilli lider  Heydər  Əliyevin  sadiq silahdaş və siyasi sirdaşlarından olan, 91-lərdən Əjdər  İsmayılov Azərbaycan  Respublikasının  Prezidenti, Ali  Baş  Komandan  İlham  Əliyevə  müraciət  edib. 

Həmin müraciəti təqdim edirik:

Əziz Prezidentimiz, RƏŞADƏTLİ Ali Baş Komandanımız İlham Heydəroğlu!

İşğal olunmuş  torpaqlarımızın, xüsusilə  Azərbaycanın  baş tacı  sayılan  Şuşanın  azad  olunması  münasibətilə Sizin şəxsinizdə Azərbaycan xalqını və Müzəffər Ordumuzu təbrik edirəm!  

Siz qədim Azərbaycan dövlətçiliyinin XXI əsr Heydər Əliyev epoxasında "Böyük Turan” kitabının ilk qızıl səhifəsini yazan Birinci Turan sərkərdəsisiniz!!!

Can qardaşımız, qan qardaşımız çağdaş Türk – İslam Dünyasının hamisi və güclü lideri Rəcəb Tayyib Ərdoğanla çiyin-çiyinə Azərbaycan torpaqlarında yazdığınız XXI əsr ümumtürk hərb tarixi nəsillərimizi bir canda birləşdirdi, Müqəddəs "Böyük Turan” ideyalarımızı qalib qüdrətə çevirmiş oldu.

Əziz Ali Baş Komandanımız!

Mən Naxçıvan Vilayətində Müstəqil Azərbaycan dövlətinin yaradılması uğrunda 1992-ci ildə apardığımız o ölümlü və fəlakətli günlərdə Heydər Əlirza oğlunun ən yaxın silahdaşı və siyasi sirdaşlarından olaraq, həyatımız bahasına qurduğumuz dövlətin  hər zaman ideoloji cəbhəsində dayanmışam, bu gün də Müsəlləh Əsgər kimi Sizinlə bir cəbhədəyəm! Bu səbəbdən də Azərbaycan xalqının müdrik xilaskarı atanızla-Naxçıvanın məlum ağır günlərində gecəli-gündüzlü tapşırıqlarını yerinə yetirdiyim o uzaqgörən böyük şəxsiyyətlə bağlı illərlə məni rahat buraxmayan,Tanrıma min şükürlər olsun ki, bu gün zamanın nişangahına gəlmiş  tarixi bir xatirəni Sizə və döyüşən qəhrəman əsgərlərimizə çatdırmasam günah etmiş olaram!

Söhbətlərimizin birində dünya siyasətinin müdrik şəxsiyyəti olan rəhbərimiz Zəngəzur və Göyçə mahallarını yaradacağı Müstəqil Azərbaycanın siyasi-inzibati xəritəsinə daxil edəcəyini qəti və inamla söylədi.  Ancaq işğalçı rus imperiyası iki yüz ildən artıq zaman ərzində Azərbaycan türkünə qarşı qəddar siyasət taxtasında Paskeviçin "peşka” hesab etdiyi başıpozuq erməni dəstələrini qabağa verdi, "Qanlı Qarabağ  tarixi” yazdı. Bununla da məkrli Kreml heç zaman səmimi olmayan "dostluq və qardaşlıq” siyasəti altında problemi illərlə uzatdı,  Millət Atasının tarixi planlarını həyata  keçirməyə imkan vermədi. Ancaq Siz xoşbəxt oğulsunuz ki, atanızın narahat ruhu qarşısında bu şərəfli tarixi dönməz, mərd oğul sədaqəti ilə şanlı ordumuzla birlikdə  yazacaqsınız! Tarixin hökmü budur ki, Azərbaycan dövlətçiliyinin  qədim inzibati-siyasi xəritəsinin bir istiqamətində Zəngəzur mahalı, digərində Göyçə mahalı  dayanırsa, onları birləşdirən qədim coğrafi koordinat babamız Rəvanqulu xanın Zəngi çayının sahilində öz şərəfinə ucaltdığı möhtəşəm "İrəvan qalası”ndan keçir. Bugünkü İrəvan şəhəri Azərbaycan türkünün babadan qalma miras tarixidir.Şanlı ordumuzu varislik yolunda Tanrım qorusun!!!   

Düşmən üzərində müzəffər ordumuzun çaldığı şanlı tarixi qələbə Vahid Azərbaycanı iki hissəyə parçalamış qəddar rus imperiyasının 200 illik işğal tarixinə vurduğu ilk ağır zərbədir!.. 

Hörmətlə, professor Əjdər İsmayılov.
Turan Araşdırma Mərkəzi İB-nin sədri.


 


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ