SON DƏQİQƏ

Şəhid polkovnikin ATASI: “Dəfələrlə deyilib ki, heç kimin yerini deməyin” - VİDEO

Tarix:28-10-2020, 08:45 Oxunub:3 247

Şəhid polkovnik, Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidovun atası Nəriman Həmidov "Xəzər TV”də yayımlanan "Vaxt Gəldi!” verilişinin qonağı olub. 

O, şəhid polkovniklə son telefon danışığından söz açıb:

"Ayın 21-də telefonda video gördük. Videoda deyirdilər ki, Şükür, bura Balasoltanlıdır. Dəfələrlə bildiriblər ki, heç kimin yerini deməyin. Oğluma dedim ki, təcili Şükürə zəng elə. Növbəti gün televizorda xəbərləri gözləyirdik. Xəbərlərə bir neçə dəqiqə qalmış oğlum ağlaya-ağlaya içəri girdi. Ondan sonra xəbərlərə baxmadıq.

Bu, müharibədir, itkilər də olacaq. Belə olmasa, düşmənin murdar ayağını torpaqlarımızdan təmizləyə bilmərik”.

N.Həmidov Prezident İlham Əliyevin ona zəng etməsindən də danışıb:

"Şəhidlər Xiyabanında dəfn zamanı da adam əlindən yer yox idi. Cənab Prezidentin hər dəqiqəsi qızıldı. Amma mənə zəng etdi, başsağlığı verdi, kədərləndiyini bildirdi. Arzum odur ki, torpaqlarımız tamamilə işğaldan azad edilsin”.

http://baku.tv/embed/26939


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<