SON DƏQİQƏ
» » Çeçenistan müftisi Makronu "1 nömrəli terrorçu" adlandırdı

Çeçenistan müftisi Makronu "1 nömrəli terrorçu" adlandırdı

Tarix:

27-10-2020, 16:34

/ 3 573 dəfə oxundu.
Çeçenistan müftisi Makronu "1 nömrəli terrorçu" adlandırdı

Çeçenistan Respublikası başçısının müşaviri Çeçenistan Müftisi Salah Mejiev Fransa Prezidenti Emmanuel Makronun İslama qarşı hücuma keçdiyini deyib. Müfti bununla bağlı yeni qurbanların olacağını proqnozlaşdırıb.

Qaynarinfo xəbər verir ki, Mejiev Məhəmməd peyğəmbərin "Ölkədəki bütün dövlət binalarına karikatirlarını asmaq əmri"nə münasibət bildirib:

"Makron ənənəvi dəyərlərin, xüsusən də İslamın qəbuledilməz olduğu Qərbin simasıdır. O, Allah-Təala tərəfindən yaradılan insanların ən böyüyünün şərəfini ləkələməyə çalışmış və nə etdiyini mükəmməl başa düşən mərhum professorun təxribatçı hərəkətlərini qınamaq əvəzinə, İslam üzərinə əvvəlcədən məğlubiyyətə məhkum olunmuş yürüşünə başladı”.

"Makron, sən dünyanın 1 nömrəli terrorçususan. Sən peyğəmbərimizi təhqir etməklə bütün peyğəmbərləri və bütün dinləri təhqir edirsən. Makron, sən ən alçaq məxluqsan, Uca Allahın düşmənisən, insanlığın düşmənisən, heç bir əxlaqi prinsipə və dəyərə sahib olmayan bütün müsəlmanların düşmənisən. Makron, həqiqi terrorizm və ekstremizmin bütün mahiyyəti olan Qərbdəki multiliberalizm və hər şeyə icazəverici psevdo dəyərlər səndə və sənəoxşarlarda özünü büruzə verir”, - Mejiyev deyib və sonra bunları əlavə edib:

"Öz əlinizlə millətlərarası və məzhəb qarşıdurmasını qızışdırırsınız! Mən dəli professoru "milli qəhrəman” halına gətirərək müsəlmanları qəsdən necə təxribatçı hərəkətlərə sövq etdiyinizi görürəm”.

Xatırladaq ki, Fransa hakimiyyəti şagirdlərinə "Şarli Hebdo” jurnalından Məhəmməd peyğəmbərin karikaturasını göstərdiyinə görə 18 yaşlı çeçen Abdula Anzorovun qətlə yetirdiyi müəllim Samuel Patinin başının kəsilməsindən sonra ölkədə söz azadlığını müdafiə edəcəyini vəd edib. Montpelye şəhərindəki bələdiyyə binasının divarında peyğəmbərin karikaturaları çəkilib. Onları bir kitab halında yenidən nəşr etməyə hazırlaşırlar.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ