SON DƏQİQƏ

Fəttah Heydərovun maraqlı həyat yolu-30 İL...

Tarix:

4-08-2020, 14:14

/ 2 795 dəfə oxundu.
Fəttah Heydərovun maraqlı həyat yolu-30 İL...

Xəbər verdiyimiz kimi, millət vəkili Fəttah Heydərov bu gün 82 yaşında vəfat edib.

GunAz.az bildirir ki, Fəttah Heydərov 1938-ci il fevralın 23-də Naxçıvan MR-nın Babək rayonunun Çeşməbasar kəndində anadan olub. 1955-ci ildə Nehrəm kənd orta məktəbini, 1959-1964-cü illərdə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini, 1975-ci ildə Bakı Ali Partiya Məktəbini bitirib.

Əmək fəaliyyətinə 1955-ci ildə Babək rayonu Güznüt kənd klubunun müdiri kimi başlayıb. 1958-ci ildən Çeşməbasar səkizillik məktəbinin müəllimi, 1968-ci ildən Naxçıvan Vilayət Partiya Komitəsinin təlimatçısı, 1970-ci ildən Ordubad Rayon Partiya Komitəsinin ikinci katibi işləyib, 1970-1990 –cı illərdə Naxçıvan şəhər və Ordubad rayon XDS-in deputatı seçilib.

1976-1978-ci illərdə Naxçıvan MSSR Əhaliyə Məişət Xidməti naziri işləyib.

1978-ci ildən Ordubad, 1986-cı ildən Culfa Rayon Partiya Komitəsinin I katibi, 1983-cü ildən Naxçıvan MR Mədəniyyət naziri işləyib.

1990-1995–ci illərdə Naxçıvan MR Ali Sovetinin deputatı olub. Azərbaycan Respublikası I (1995-ci il), II (2000-ci il), III (2005-ci il) IV (2010-cu il) çağırış Milli Məclisinin deputatı olub. 1 noyabr 2015-ci il tarixində Azərbaycan Respublikası V çağırış Milli Məclisinin deputatı seçilib. Milli Məclisin Hesablayıcı Komissiyasının sədri, Regional Məsələlər Komitəsinin sədr müavinidir. Azərbaycan Ağsaqqallar Şurasının sədridir.

SSRİ-nin "Şərəf nişanı" ordeni (1975) və medallarla təltif edilib. 20 fevral 2008-ci ildə Azərbaycan Respublikasının mədəni və ictimai-siyasi həyatında fəal iştirakına görə Fəttah Səməd oğlu Heydərov "Şöhrət” ordeni ilə təltif edilib. 22 fevral 2013-cü ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə "Şərəf” ordeni ilə təltif olunub. 22 fevral 2018-ci ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Fəttah Səməd oğlu Heydərov "İstiqlal” ordeni ilə təltif edilib. 

Allah rəhmət eləsin!


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ