SON DƏQİQƏ
» » Bələdiyyə sədrləri cərimələndi - 3 min manat (FOTO)

Bələdiyyə sədrləri cərimələndi - 3 min manat (FOTO)

Tarix:

4-08-2020, 13:46

/ 4 903 dəfə oxundu.
Bələdiyyə sədrləri cərimələndi - 3 min manat (FOTO)

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir.   

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, iyulun 31-də Sumqayıt şəhəri və Abşeron rayonu ərazisində keçirilmiş növbəti belə tədbirlər zamanı Novxanı bağlar massivində və kəndi ərazisində, həmçinin Novxanı bağlar massivində yerləşən "Araz” supermarketin ərazisində məişət tullantılarının qalaqlanması faktları aşkar olunub.  

İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduqlarına görə qeyd olunan marketin direktoru E.Əhmədov, Novxanı bələdiyyəsinin sədri Ş.Tağıyev və Sumqayıt bələdiyyəsinin sədri S.Əsədov barəsində protokollar tərtib edilib.

E.Əhmədov 8.000, Ş.Tağıyev və S.Əsədov isə hər biri 3.000 manat məbləğində cərimələniblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Bələdiyyə sədrləri cərimələndi - 3 min manat (FOTO)
Bələdiyyə sədrləri cərimələndi - 3 min manat (FOTO)
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ