SON DƏQİQƏ
» » Nərimanov və Binəqədidə ətrafı zibilləyən şəxslər cərimələndilər - FOTO

Nərimanov və Binəqədidə ətrafı zibilləyən şəxslər cərimələndilər - FOTO

Tarix:

30-06-2020, 22:32

/ 1 261 dəfə oxundu.
Nərimanov və Binəqədidə ətrafı zibilləyən şəxslər cərimələndilər - FOTO

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitar-gigiyena qaydalarına riayət edilməsi sahəsində nəzarətin gücləndirilməsinə dair Tədbirlər Planına uyğun olaraq Bakı şəhəri ərazisində reydlər keçiriblər.

DİN-dən GunAz.az-a verilən məlumata görə, reydlər zamanı Nərimanov rayonunun Əliyar Əliyev küçəsində məişət tullantılarının qalaqlanmasına görə Xətai rayon sakini Əli Hüseynov, eləcə də Binəqədi rayonunun Binəqədi-Novxanı yolunda idarə etdiyi yük avtomobilində məişət tullantıları boşaltdığına görə paytaxt sakini Elmar Astanov İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduqlarına görə müəyyən edilərək hər biri 600 manat cərimə olunublar.

 

Bu istiqamətdə tədbirlər davam etdirilir.

 

 



скачать dle 12.1

Şərhlər