SON DƏQİQƏ
» » FHN: Bu rayonlarda suçəkmə işləri davam etdirilir

FHN: Bu rayonlarda suçəkmə işləri davam etdirilir

Tarix:

15-07-2020, 21:54

/ 1 326 dəfə oxundu.
FHN: Bu rayonlarda suçəkmə işləri davam etdirilir

İyulun 15-də günorta saatlarından başlayaraq yağan intensiv yağışlar nəticəsində Şamaxı və Qobustan rayonlarında fərdi evlərinin həyətyanı sahələrinin yağış suları ilə dolması ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə çoxsaylı müraciətlər daxil olub.

FHN-dən GunAz.az-a bildiriblər ki, yağışların törətdiyi fəsadların aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Mülki Müdafiə Qoşunlarının canlı qüvvə və texnikası yağış sularının dolduğu ərazilərdə (Qobustan və Şamaxı şəhərləri) suçəkmə işlərinə cəlb olunub. Hazırda Qobustan şəhərində həyətyanı sahələrdə suçəkmə işləri davam etdirilir.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ