SON DƏQİQƏ

Azərbaycanda daha 65 nəfər koronavirusa yoluxdu

Tarix:

10-04-2020, 18:50

/ 2 085 dəfə oxundu.
Azərbaycanda daha 65 nəfər koronavirusa yoluxdu

Azərbaycan Respublikasında 65 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınmış, bir nəfər vəfat etmiş, 58 nəfər müalicə olunaraq sağalmış və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, koronavirus (COVID-19) üçün götürülən analiz nümunələri müsbət çıxmış 1960-cı il təvəllüdlüağ ciyər ödəmi və tənəffüs çatışmazlığı olan vətəndaşın səhhətinin stabilləşdirilməsi ilə bağlı aparılan reanimasiya tədbirləri nəticə verməmişdir.
Hazırkı dövrədək ölkəmizdə 991 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 159 nəfəri müalicə olunaraq sağalmış, 10 nəfər vəfat etmiş, 822 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 26 nəfərin vəziyyəti ağır, 33 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 61342 test aparılmışdır
 
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ