SON DƏQİQƏ
» » "Əgər jurnalist kimisə hədələyirsə, ondan pul qoparmaq üçün addımlar atırsa..."

"Əgər jurnalist kimisə hədələyirsə, ondan pul qoparmaq üçün addımlar atırsa..."

Tarix:

14-02-2020, 08:00

/ 3 506 dəfə oxundu.
"Əgər jurnalist kimisə hədələyirsə, ondan pul qoparmaq üçün addımlar atırsa..."

“Bütövlükdə tənqid yazan jurnalistlərə “reket” adı qoyub onların fəaliyyətini məhdudlaşdırmaq yolverilməzdir”
Bunu 2 il qabaq Moderator.az-a açıqlamasında tanınmış media eksperti Qulu Məhərrəmli deyib.
 Mövzunun aktuallığını nəzərə alaraq GunAz.az bu yazını yenidən dərc edir.
 Q.Məhərrəmli bildirib ki, əgər bir jurnalist kimdənsə pul qoparmaq üçün onu hədələyibsə, buna görə o, cəzalandırılmalıdır:
“Ümumi olaraq “reket” anlayışı kriminal aləmdən gələn bir sözdür və “reketçilik” bütün sahələrdə ola bilir. Yüksək vəzifəli şəxslərin adından istifadə edib bu cür əməllər törədilir. Ona görə də hesab edirəm ki, belə məsələlər cinayət hadisəsidir və bununla da hüquq-mühafizə orqanları məşğul olmalıdır. Belə “reket”lərin zərərsizləşdirilməsi media qurumları üçün də üstün bir cəhətdir ki, onun adından istifadə edilməsin. Təəssüf ki, Azərbaycanda son illərdə bu “reketçilik” cana-qana hopub, hərə bir sayt açıb bununla yüksək vəzifəli şəxslər haqda rüsvayedici məlumatlar yaymaqla onları qorxuzurlar. Əgər bir jurnalist kimisə hədələyibsə, ondan pul qoparmaq üçün bu cür addımlar atıbsa, bu, birbaşa “reketçilikdir” və o, buna görə cəzalandırılmalıdır. Yox, əgər həqiqətən də bir media qurumu araşdırma aparırsa, faktlar əsasında yazı yazırsa, bunu “reket” alandırmaq yalnışdır, belə halda bu mətbuat azadlığına basqıdır. Ona görə də “reketçiliklə” Mətbuat Şurası deyil, hüquq-mühizə orqanları məşğul olmalıdır. Əgər yazıda hansısa etik qaydalar pozulubsa, bununla bağlı Mətbuat Şurası məhkəməyə qədərki proseslərlə məşğul ola bilir. Bütövlükdə tənqid yazan jurnalistlərə “reket” adı qoyub onların fəaliyyətini məhdudlaşdırmaq yolverilməzdir”.
PS: Azərbaycan Nəşriyyatında və başqa ünvanlarda yerləşən və bu əcaib yolu tutan qəzet və saytların bu yazını oxuması vacibdir.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ