SON DƏQİQƏ
» » Yeni il süfrəsində yeyilə biləcək təamlar..DİETOLOQDAN AÇIQLAMA

Yeni il süfrəsində yeyilə biləcək təamlar..DİETOLOQDAN AÇIQLAMA

Tarix:

13-12-2019, 14:40

/ 1 047 dəfə oxundu.
Yeni il süfrəsində yeyilə biləcək təamlar..DİETOLOQDAN AÇIQLAMA

GunAz.az xəbər verir ki, mütəxəssislər bəzi ən sevdiyimiz yeməklərin reseptlərini dəyişdirməyi, yeni menyu düşünməyi tövsiyə ediblər.

Dietoloq Marqarita Korolyova masaya veriləcək yeməkləri əvvəlcədən sınaqdan keçirməyi məsləhət görür. Onun sözlərinə görə, bayram yeməyi yağlı ola bilər. Bir şərtlə ki, orqanizm ona əvvəlcədən hazırlaşsın: "Gecə saatlarında yağlı ətlər yeməyin. Əvəzinə balıq və toyuq əti istifadə edin".

Sergey Oblojko isə bayram günlərində "Aralıq dənizi pəhrizi"nə riayət etməyi tövsiyə edir ki: "Həmin pəhriz qoz-fındıq, balıq, çox miqdarda göyərti, meyvə-tərəvəz, zeytun yağı, qatıq və dəniz məhsullarını ehtiva edir. Salatların hazırlanmasında rafinə edilməmiş yağ və limon suyundan istifadə edin".

Dietoloqlar şərabı su ilə əvəz etməyi məsləhət görür. Belə ki, su, detoks rolunu oynayaraq metobolizmanı gücləndirir.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ