SON DƏQİQƏ
» » Kərbəla əyaləti 4 gün ərzində zəvvarları qarşılaya bilməyəcək

Kərbəla əyaləti 4 gün ərzində zəvvarları qarşılaya bilməyəcək

Tarix:

7-12-2019, 20:23

/ 1 056 dəfə oxundu.
Kərbəla əyaləti 4 gün ərzində zəvvarları qarşılaya bilməyəcək

İraqın mərkəzi və cənub şəhərlərində etirazlar və toqqumşmalar fonunda Kərbəla əyalətinin giriş və çıxışları təhlükəsizlik və yerli qəbilə qüvvələri tərəfindən bağlanılıb.

GunAz.az xəbər verir ki, Kərbəla əyalətinin müxtəlif qəbilələrinin üzvləri Kərbəla şəhərinin girəcək və çıxacaqlarını bağlayaraq, şəhərə 4-5 gün ərzində zəvvarların buraxılmayacağını bildiriblər.

Kərbəla əyalətinin qəbilələri bu addımı müvəqqəti olaraq təhlükəsizliyə görə atdıqlarını bəyan ediblər.

Qeyd edək ki, İraqda etirazlar, iğtişaşlar və toqquşmalar fonunda Ayətullah Sistani aksiyaçılardan tələb edib ki, təxribatçıları öz sıralarından ayırsınlar. Bundan sonra Nəcəf, Kərbəla və Bağdadda iğtişaşları pisləyən əks etirazlar başlayıb və iki müqəddəs şəhərdə qəbilə qüvvələri də təhlükəsizlik qüvvələrilə birgə patrula çıxıblar.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ