SON DƏQİQƏ
» » Gürcüstanda içərisində Azərbaycan vətəndaşlarının olduqları avtobus yanıb

Gürcüstanda içərisində Azərbaycan vətəndaşlarının olduqları avtobus yanıb

Tarix:

18-11-2019, 21:48

/ 878 dəfə oxundu.
Gürcüstanda içərisində Azərbaycan vətəndaşlarının olduqları avtobus yanıb

Noyabrın 18-də səhər Batumi-Tbilisi istiqamətində hərəkət edən sərnişin avtobusu Kutaisi dairəvi yolunda yanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Acariya Televiziyası xəbər yayıb.

Şahidlərin verdikləri məlumata görə, avtobusda 50-dək sərnişin olub. Onların arasında Azərbaycan vətəndaşları da var.

Sərnişinlər vaxtında təxliyə olunublar.

Məlumata görə, avtobus Türkiyənin “Metro Georgia” şirkətinə məxsusdur.

Hələlik yanğının hansı səbəbdən baş verməsi barədə məlumat verilmir.

Qəzada vətəndaşlarımızın və ya soydaşlarımızın xəsarət almaları barədə Azərbaycanın Gürcüstandakı səfirliyinə və Batumidəki baş konsulluğuna heç bir məlumat daxil olmayıb.

Səfirlikdən bildiriblər ki, Azərbaycan vətəndaşları ilə bağlı hər hansı xəbər olarsa konsulluq dərhal həmin şəxslərin vəziyyəti ilə maraqlanacaq və onlara lazımi yardımlar göstəriləcək.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ