SON DƏQİQƏ
» » Bakı ətrafında 2200 km yolun təmirə ehtiyacı var

Bakı ətrafında 2200 km yolun təmirə ehtiyacı var

Tarix:

19-10-2019, 17:17

/ 1 311 dəfə oxundu.
Bakı ətrafında 2200 km yolun təmirə ehtiyacı var

Kürdəxanı qəsəbəsinin yolları demək olar ki, tam həcmdə təmir olunub. Bu gözəl nümunə bütün qəsəbələrdə öz əksini tapmalıdır”.

Dövlət  başçısının Bakıətrafı qəsəbələrdə yolların təmiri ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədova verdiyi tapşırığa əsasən görüləcək işlər artıq bəllidir. GunAz.az xəbər verir ki, Agentliyin Yolların İstismarı və Təmiri Baş idarəsinin rəis müavini Hidayət Rüstəmovun sözlərinə görə, 9 ay ərzində Bakı və ətraf qəsəbələrdə 243 kilometr daxil yol təmir olunub. İlin sonunadək qəsəbələrdə daha 57 kilometr yolun çəkilişi başa çatdırılacaq. Buna baxmayaraq təmirə ehtiyacı olan yollar da az deyil. Qeyd edək ki, 9 ay ərzində respublika üzrə  ümumilikdə 903 kilometr yol təmir edilib. İlin sonuna qədər bu rəqəm 1122 kilometrə çatdırılacaq

Hidayət Rüstəmov-AYİTİ-nin rəis müavini: Bizim apardığımız tədqiqata görə ümumiyyətlə Bakının təkcə qəsəbələr arası yollarında 2200 kilometr yolun təmirə ehtiyacı var. Bu olduqca böyük rəqəmdir. İndi Bakının inkişafı planı təsdiq edilir. Çalışacağıq 2020 və 2023-ci il ərzində ayrılan vəsaitə uyğun olaraq bu işləri həyata keçirdək. Biz artıq ilkin yerli icra hakimiyyəti orqanları ilə birgə plan tərtib etmişik. Göndərmişik müvafiq orqanlara bu plan təsdiq edildikdən sonra cari ilin yanvar ayından bu işlərə başlanılacaq.

N.SAFURA

скачать dle 12.1

Şərhlər