SON DƏQİQƏ

DİQQƏT! Bakı Dairəvi-1 yolunda təmir var (FOTO)

Tarix:

6-03-2019, 18:14

/ 10 271 dəfə oxundu.
DİQQƏT! Bakı Dairəvi-1 yolunda təmir var (FOTO)

Avtonəqliyyat vasitələrinin rahat hərəkətini təmin etmək istiqamətində yollar boyu aparılan kompleks tədbirlər çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı Dairəvi-1 avtomobil yolunda təmir-bərpa işləri aparılır.

Agentlikdən GunAz.az-a verilən məlumata görə, yolun deformasiyaya uğramış hissələrində köhnə asfalt-beton örtüyü frezlənərək yolun hərəkət hissəsi profilə salınır. Daha sonra yeni asfalt-beton örtüyü döşənərək deformasiyaya uğramış örtük bərpa edilir.

İşlər yolun 3, 5 və 6-cı km-lik hissələrində aparılıb. Ümumilikdə bərpa olunmuş ərazinin sahəsi 6 min kv.m-dən çoxdur.

Tərtib olunmuş qrafikə uyğun aparılan işlər birbaşa Dövlət agentliyinin rəhbərliyinin nəzarəti altındadır. Əraziyə lazımi sayda qüvvə cəlb olunub.

Sözügedən yol üzrə təmir-bərpa işlərinin yaxın günlər ərzində yekunlaşdırılması nəzərdə tutulur. 

DİQQƏT! Bakı Dairəvi-1 yolunda təmir var (FOTO) 

DİQQƏT! Bakı Dairəvi-1 yolunda təmir var (FOTO)

 

 

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ