SON DƏQİQƏ

Göstəriş gəldi ki, Ağdamı boşaldın

Tarix:

16-10-2019, 10:23

/ 635 dəfə oxundu.
Göstəriş gəldi ki, Ağdamı boşaldın

Ermənistan hakimiyyətinin bu gün Qarabagla baglı seyr etdiyimiz siyasəti tam olaraq Levon Ter-Petrosyanın bu münaqişə ilə baglı proqramının davamıdır. Onun məhşur sitatını yada salaq: “Serqo can, biz Qarabagı qaytarmasaq, pis gündə yaşayacağıq”.

GunAz.az-ın məlumatına görə, bu sözləri ehtiyatda olan erməni generalı Vitali Balasanyan mətbuat konfransında deyib.

Onun sözlərinə görə, o, Azərbaycanın Agdam şəhərini işgal edən erməni əsgərlərinə başçılıq edib.

“Mən Agdama hücuma keçən hərbi birləşmənin komandiri idim. Bizə o vaxtki hakimiyyət tərəfindən tapşırıq gəldi: “Agdama girməyin!” Amma mən bu qərara fikir verməyib, hücuma keçdim. Fürsəti əldən vermək olmazdı. Biz bir gunə Agdamı öz nəzarətimiz altına aldıq. Demək olar ki, hər gün hakimiyyətdən telefonoqramlar gəlirdi: Agdamı boşaldın! Onu demək istəyirəm ki, Ter-Petrosyanın Qarabagla planı başqadır və hazırki hakimiyyət bu yola davam edir. Paşinyan Qarabagı qaytarmaq istəyir”, - deyə Balasanyan qeyd edib.

Erməni generalın fikrincə, Daglıq Qarabaga Azərbaycan bayragı altında geniş muxtariyyət veriləcək.

скачать dle 12.1

Şərhlər