SON DƏQİQƏ

Ermənilər Ağdamdan belə qisas aldı – Foto

Tarix:

23-07-2019, 23:12

/ 1 325 dəfə oxundu.
Ermənilər Ağdamdan belə qisas aldı – Foto

Ermənilər Ağdam döyüşlərində öldürülən ermənilərin qisasını almaq üçün Ağdamı yerlə yeksan etdilər.

Bu sözləri Ağdamın işğalının 26-cı ildönümü ilə bağlı GunAz.az-a danışan alim Zaur Əliyev deyib. O bildirib ki, Ağdam işğal olunmamışdan əvvəl orada 160-dan çox abidə olub:

“Ermənilər Ağdamı işğal edəndə bu şəhəri viran qoydular. Bu gün Ağdam xarabalığa çevrilib. Dağıntıya məruz qalanlar arasında Xan ailəsinin məzarlığı və Ağdamın məşhur Çay Evi də var. Bu Çay Evi Azərbaycan SSR KP MK-nın Ağdam Rayon Partiya Komitəsinin I katibi Sadıq Murtuzayevin zamanında akademik Xudu Məmmədovun yapon jurnallarından götürdüyü ideya əsasında yaradılmışdı. Ermənilər Ağdamda yerləşən məscidi İrandan yardım aldıqları üçün saxlayıblar. Şahbulaqdakı qədim qalanı isə restoran ediblər. Bu restoran 4 yol ayrıcında yerləşdiyi üçün oradan keçən ermənilər və turistlər orada yemək yeyirlər”.

Alim bildirib ki, Ağdam məqsədli şəkildə dağıdılıb:

“Serj Sərkisyan açıqlamalarının birində qeyd edib ki, Ağdam döyüşlərində çox sayda erməni öldürülüb və onlar qisas üçün Ağdamı xarabalığa çeviriblər. Ağdam barədə yazan çex jurnalistlərdən biri isə qeyd edib ki, ermənilər Ağdamdakı daşları, mıxları belə daşıyıb, aparıblar. 2010-cu ildə dünyanın “Ruhlar şəhəri” deyilən bir siyahı tətbiq edilib. Onlar arasında Çernobıl, Yaponiyada ABŞ-ın atom bombası atdığı Xirosimo şəhəri də var. Ağdam “Ruhlar şəhəri” adlanan siyahıda ilk beşlikdə yer alır və Çernobıldan sonra ən dəhşətli dağıntılara məruz qalan şəhərdir”.

Qeyd edək ki, Ağdam iyulun 23-ü 1993-cü ildə ermənilər tərəfindən işğal olunub.

 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ