SON DƏQİQƏ
» » Radikal düşərgənin növbəti özünüifşası- Siyasi analiz

Radikal düşərgənin növbəti özünüifşası- Siyasi analiz

Tarix:

9-10-2019, 12:36

/ 1 366 dəfə oxundu.
Radikal düşərgənin növbəti özünüifşası- Siyasi analiz

Artıq illərdir ki, cərəyan edən proseslər bunu deməyə əsas verir ki, Azərbaycanın radikal siyasi düşərgəsi Ermənistan hakimiyyətinin əlinə oynayır. Azərbaycan işğalçı ölkə üzərində diplomatik uğur əldə edən ərəfədə, yaxud cəbhədə Silahlı Qüvvələrimizin üstünlüyü nəzərə çarpdığı zaman pultu xaricdəki antiAzərbaycan qüvvələrin əlində olan radikal siyasi düşərgənin düyməsi basılır və paytaxtda hər hansı etiraz aksiyası keçirmək tapşırığı verilir. Yaxın tariximizdə baş verən bu kimi hadisələrə diqqət çəkib yoruculuq etmək istəməzdim. Çünki hər şey cəmiyyətin, Azərbaycan xalqının gözü qarşısında baş verib. Yenə anoloji plan işə düşdü və hadisələr təkrarlandı. Ötən gün paytaxtda radikal siyasi düşərgənin, Milli Şura adlanan qurumun təşkil etdiyi piketdən söhbət gedir. Əvvəla etiraz aksiyasının təşkil edildiyi zamana diqqət edək. Hansı ki, Azərbaycanın işğalçı ölkə üzərində diplomatik üstünlüyünün bir daha müşahidə edildiyi günlər. Soçidə İlham Əliyev "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında çıxışı zamanı Ermənistan rəhbərliyinə tərs şillənin vurulduğu zaman. Görünür Paşinyan hökumətinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aldığı zərbədən radikal siyasi düşəgəyə və onların xaricdəki maliyyə bosslarına da pay düşüb. Əks təqdirdə tələm-tələsik paytaxtda etiraz aksiyası, piket keçirmək istəyinə düşməzdilər.

Beləliklə, oktyabrın 8-də Milli Şura adlanan qurum paytaxtda, Bakı Şəhər İcra Hakimiyyəti qarşısında etiraz aksiyası keçirməyə cəhd göstərdi. Cəhd göstərdi deddikdə, əslində piketin keçirilməsi üçün radikal siyasi düşərgənin müvafiq qurumlara, Bakı Şəhər İcra Hakimiyyətinə ünvanladığı müraciətə müsbət cavab verilmişdi. Və piketin keçirilməsi qaydalarına uyğun olaraq təçkiilatçılar 50 nəfərlik bir aksiya keçirməli idilər. Ancaq aksiya vaxtına saatlar qalmışdan fərqli mənzərə müşahidə edilməyə başlandı. Piket təşkilatçıları Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmanın qaydalarını kobud şəkildə pozaraq aksiyanın keçirildiyi ərazidə 50 nəfərdən bir qədər çox insanın toplanmasına cəhd etdilər. Həm də ictimai asayişi pozmaq, qarşıdurma, çaxnaşma yaratmağa meyilli şüarlar səsləndirmək, buna nail olmaq niyyəti ilə. Digər bir maraqlı məqam ondan ibarət idi ki, Milli Şuraya piket keçirmək üçün yer olaraq Bakı Şəhər İcra Hakimiyyətinin qarşısı müəyyən edilsə də, lakin aksiya iştirakçıları aksiyanın keçirildiyi məkandan bir xeyli kənarda, "İçərişəhər" metrosunun qarşısında toplanmağa cəhd göstərdilər ki, burada da məqsəd aydın idi. Belə ki, istənilən metro stansiyanın qarşısı hər zaman daha qələbəlik olur və insanların daha çox istifadə etdiyi nəqliyyat vasitələrindən biri məhz metrodur. Radikallar "İçərişəhər" metro stansiyasının qarşısında toplanmaqla ətrafdan keçənlərin də diqqətini özlərinə cəlb etmək, piketin miqyasını dəyişib onu mitinqə keçirməyi planlayırdılar. Bu həm ictimai-siyasi sabitliyin pozulması, ciddi şəkildə qarşıdurmanın yaradılması, həm də pul aldıqları xaricdəki ermənipərəst dairələrə təqdim ediləcək fotolarda daha çox insanın göstərilməsi üçün vacib idi. Ancaq sevindirici hal ondan ibarət oldu ki, hər zamankı kimi bu dəfə də Azərbaycan cəmiyyəti radikal siyasi düşərgənin çağırışlarına qoşulmadı, onu dəstəkləmədi. Çünki cəmiyyət, xalq radikalların demokratiya adı altında əslində nə istədiyinin fərqindədir və bu səbəbdən onlara dəstək vermir. Halbuki piketə icazə verilən gündən AXCP sədri Əli Kərimli və onun sosial şəbəkədə olan trol şəbəkəsi cəmiyyətə çağırış edir, keçirəcəkləri aksiyaya dəstək verməyə səsləyirdilər. Əslində bunun özü də radikalların əldə edilən razılaşmanı elə ilk gündən kobud şəkildə pozmalarından xəbər verirdi. Piket iştirakçılarının sayının 50 nəfərdən artıq olmaması şərt olduğu halda, Kərimli və tərəfdarlarının xalqa aksiyaya dəstək vermək çağırışı etməsi də bir daha onu deməyə əsas verirdi ki, radikalların əsas niyyəti hansısa aksiya keçirmək deyil, ölkədəki ictimai-siyasi sabitliyi pozmaq və xaos, anarxiya yaratmaqdır. Əslində radikal siyasi düşərgənin, xüsusilə AXCP sədri Əli Kərimlinin hansısa razılaşmaya əməl edəcəyinə inanmaq da sadəlövhlük olardı. Belə ki, Kərimli ötən 26 ildə keçirilən hər seçki ərəfəsində müxalifət düşərgəsində təmsil olunan hansısa siyasi partiya və ya qurumla birgə əməkdaşlıq, seçkidə birgə iştirakla bağlı razılaşma əldə etsə də, sonradan elə həmin razılaşmanı elə özü pozub. Ona görə də Əli Kərimlidən hansısa bir razılaşmaya centlemensayağı əməl etməyi gözləmək yersizdir.

Milli Şuranın etiraz aksiyası bir reallığı da ortaya qoydu ki, AXCP sədri Əli Kərimli hər zaman ətrafındakılardan bir vasitə, hansısa məqsədə çatmaq üçün istifadə edib. Heç bir vaxt özünü onlarla eyni sırada qoymayıb, onların apardıqları mübarizədə birgə olmayıb. Oktyabrın 8-də keçirilən piketə sadə insanları çıxarıb özünün bu aksiyadan kənarda qalması, aksiyanın gedişini yalnız monitor arxasından izləməsi də bir daha onu deməyə əsas verir ki, Kərimli də keçmiş müttəfiqi İsa Qəmbərin 2003-cü il "təcrübəsindən" yararlanır. Günlərlə sosial şəbəkədə saxta profillərlə tərəfdarlarını aksiyaya çağırıb, mübarizə meydanında birlikdə olmağı zəruri hesab edən Kərimli aksiya zamanı gözə dəymir, sadə insanlardan öz mənfəətləri üçün istifadə edir. Ətrafını, silahdaşlarını meydanda tək qoyan birisindən isə nə lider, nə də xalqı düşünən biri çıxar. Əgər belə olmasaydı Kərimli paytaxtın mərkəzində, insanların gediş-gəlişinin daha çox olduğu, nəqliyyatın intensiv hərəkət etdiyi bir ərazidə aksiya təşkil edib ictimai asayişin pozmazdı.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ