SON DƏQİQƏ
» » Sumqayıtda 7 minə yaxın sakinin yaşadığı ərazi marşrutsuz qalıb - VİDEO

Sumqayıtda 7 minə yaxın sakinin yaşadığı ərazi marşrutsuz qalıb - VİDEO

Tarix:

23-09-2019, 20:32

/ 2 455 dəfə oxundu.
Sumqayıtda 7 minə yaxın sakinin yaşadığı ərazi marşrutsuz qalıb - VİDEO

Sumqayıtda 7 minə yaxın sakinin yaşadığı yaşayış massivi marşrutsuz qalıb.
Söhbət şəhərin Ceyranbatan bağları yaşayış massivindən gedır.
Sakinlərin sözlərinə görə, böyük bir ərazisi olan massivin illərdir marşurutu yoxdur. Əvvəllər bu ərazidə 11 A marşrut xətti mövcud olub, amma sonradan ləğv edilib.
Hazırda yaşayış massivinin sakinləri marşrut sarıdan əziyyət çəkir. Hətta bəzi sakinlər övladlarını taksi ilə məktəbə aparmağa məcbur olurlar. Bəziləri isə piyada hərəkət edir.
Məsələ ilə bağlı Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin rəisi Tofiq Saydumov bildirdi ki, həmin əraziyə baxış keçirilib və qrafikə uyğun olaraq iki sərnişin avtobusu verilib. Ceyranbatan yaşayış massivindən Sumqayıta gələn sakinlərin sayı azlıq təşkil etdiyindən ora əlavə marşrut xətti verilməyib.
Həmçinin gələcəkdə yol təmir edilərsə Ceyranbatan bağları yaşayış massivinə əlavə marşrut avtobusu göndərilə bilər.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ