SON DƏQİQƏ
» » Təpələr azad edildi: Paşinyandan gizli tapşırıq - Analiz

Təpələr azad edildi: Paşinyandan gizli tapşırıq - Analiz

Tarix:

23-08-2019, 14:07

/ 1 894 dəfə oxundu.
Təpələr azad edildi: Paşinyandan gizli tapşırıq - Analiz

Ermənistanın Baş naziri Nikol Paşinyan ordudakı vəziyyətdən narazıdır.

GunAz.az xəbər verir ki, bu fikirlər “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində öz əksini tapıb. Təhlildə Paşinyanın hərbi xərcləri artırmasında erməni hərbçisinin Azərbaycan tərəfə keçməsinin də rol oynadığı bildirilib:

“Ermənistan hökuməti Müdafiə Nazirliyinə əlavə 4 milyon 550 min dollar ayırıb. Artımı belə izah ediblər ki, ayrılan maliyyə hərbi xidmətin keyfiyyətinin artırılmasına xidmət edəcək. Ermənistanın 2019-cu ildəki hərbi büdcəsi 530 milyon dollardır, bu, 2018-ci ilin göstəricisindən 13 faiz çoxdur.

Avqustun 12-də cəbhənin Füzuli rayonu istiqamətində erməni hərbi qulluqçu Aro Kazaryannın bölmələrimizə təslim olmasından bir həftə sonra Paşinyan hərbi xidmətin keyfiyyətinin artırılması məqsədilə orduya maliyyəni artıracağını bildirdi. Ola bilsin ki, Paşinyan gizli şəkildə son olayın araşdırılması barədə təlimat verib. O, belə biabırçı olayın bir daha təkrarlanmasını istəmir. Çünki bənzər hadisə yenə təkrarlanarsa, bu, Paşinyanın erməni cəmiyyətində nüfuzuna növbəti zərbə olacaq”.

Analizdə Ermənistanın hərbi xərclərdə Azərbaycanla ayaqlaşa bilmədiyi qeyd olunub:

“Azərbaycanın hərbi büdcəsi Ermənistan büdcəsinin tamamına bərabərdir və Ermənistan ordusunun 4.5 milyon dollarla uzağa gedə bilməyəcəyini Paşinyan da anlayır. Buna baxmayaraq, Paşinyan imkan daxilində bir neçə hərbi kazarmanı təmir etdirir, orduda ərzaq təminatını dəyişməyə çalışır. Ancaq bütün bunları davamlı hala gətirmək üçün Paşinyana yüz milyonlara dollar lazımdır. Onun isə 4-5 milyon dollara gücü çatır”.

Mərkəzin təhlilində belə kiçik büdcə qarşısında Ermənistanın hərbi yükünün çox olduğu diqqətə çatdırılıb:

“İran və Türkiyə sərhədi Rusiyaya tapşırılıb, ancaq bununla iş bitmir. Ermənistan Dağlıq Qarabağdakı hərbi işğalına pul xərcləməyə davam etməklə yanaşı, Naxçıvan və Qazaxdakı təpələrin əldən verilməsi fonunda Azərbaycanla sərhədin bütün istiqamətinə diqqətini daha da artırmaq məcburiyyətində qalıb. Bu da əlavə maliyyə tələb edir. Ona görə də biz Ermənistanla bütün sərhədboyu düşmənin problemlərini artırmalı, onu bu işlərə daha çox maliyyə xərcləməyə məcbur etməliyik”.

скачать dle 12.1

Şərhlər